Seçenov Universiteti
İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində ali tibb təhsili.
Sağlamlığınız haqqında rahat danışaq
Uroloji və androloji problemlərin müayinəsi, diaqnostik qiymətləndirilməsi və fərdi müalicə yanaşması.

Xidmətlər
Uroloji və androloji problemlərin qiymətləndirilməsi, müayinəsi və fərdi müalicə yanaşmasının müəyyən edilməsi.
Ereksiyanın yaranması və ya davam etdirilməsi ilə bağlı problemlərin səbəblərinin qiymətləndirilməsi.
ƏtraflıErkən boşalmanın mümkün səbəblərinin araşdırılması və uyğun yanaşmanın müəyyən edilməsi.
ƏtraflıSpermoqram və digər müayinələr əsasında kişi reproduktiv sağlamlığının qiymətləndirilməsi.
ƏtraflıProstat vəzinin böyüməsi, iltihabi proseslər və sidik ifrazı ilə bağlı şikayətlərin qiymətləndirilməsi.
ƏtraflıBöyrək və sidik yollarında daş xəstəliyinin müayinəsi və uyğun müalicə taktikasının müəyyənləşdirilməsi.
ƏtraflıSidik zamanı yanma, ağrı, tez-tez sidiyə çıxma və digər infeksiya əlamətlərinin qiymətləndirilməsi.
ƏtraflıTez-tez sidiyə çıxma, gecə sidiyə qalxma, zəif sidik axını və sidikdən sonra damcılanma kimi şikayətlərin araşdırılması.
ƏtraflıKişi və qadınlarda uroloji, kişilərdə isə androloji şikayətlərin ilkin qiymətləndirilməsi və müayinə planının hazırlanması.
Ətraflı
Uroloq-AndroloqHəkim haqqında
Uroloq-Androloq
Dr. Orxan Abuşov uroloji və androloji problemlərin müayinəsi, diaqnostik qiymətləndirilməsi və müalicəsi istiqamətində fəaliyyət göstərir. Ali tibb təhsilini İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində alıb, daha sonra Rusiya Xalqlar Dostluğu Universitetində rezidentura təhsili keçib. Peşəkar fəaliyyətində həm uroloq-androloq kimi klinik təcrübəyə, həm də səhiyyə idarəçiliyi sahəsində rəhbərlik təcrübəsinə malikdir.
İ. M. Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində ali tibb təhsili.
Rusiya Xalqlar Dostluğu Universitetində rezidentura təhsili.
Qobustan Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinin müdiri.
Referans Klinikası, Xırdalan filialı.
Qəbul prosesi
WhatsApp vasitəsilə yazın və ya birbaşa zəng edin.
Sizə uyğun qəbul məkanı, gün və saatı administratorla dəqiqləşdirin.
Təsdiqlənmiş vaxtda seçdiyiniz klinikaya yaxınlaşın.
Qeyd: WhatsApp mesajının göndərilməsi qəbulun avtomatik təsdiqi deyil. Qəbul yeri və vaxtı əlaqə zamanı təsdiqlənir.
Pasiyent rəyləri
Pasiyentlərin qəbul prosesi və həkim yanaşması barədə Google-da paylaşdığı real rəylər.
Google profilində rəy paylaşa bilərsiniz.
Faydalı məlumatlar
Dr. Orxan Abuşovun uroloji və androloji sağlamlıqla bağlı qısa, anlaşılan və maarifləndirici izahları.
Cinsi sağlamlıq
Səhər ereksiyasının olması əlaqə zamanı çətinliyin səbəbini təkbaşına müəyyən etmir. Psixoloji və fiziki amillər birlikdə rol oynaya bilər.
Ətraflı oxuSidik ifrazı
Gecə təkrar sidiyə qalxmaq nokturiya adlanır. Bu, xüsusən yeni başlayıbsa və yuxunu pozursa, səbəbin araşdırılmasına əsasdır.
Ətraflı oxuReproduktiv sağlamlıq
Təkcə spermanın duru görünməsi sonsuzluq diaqnozu demək deyil. Reproduktiv sağlamlıq görünüşlə deyil, uyğun müayinə ilə qiymətləndirilir.
Ətraflı oxuSidik ifrazı
Sidikdən sonra bir neçə damcı gəlməsi bəzən sidik kanalında qalan maye ilə bağlı olur. Bu şikayət təkbaşına prostat xəstəliyi demək deyil.
Ətraflı oxuDərman təhlükəsizliyi
Ereksiya üçün dərman seçimi sağlamlıq vəziyyəti və digər dərmanlarla uyğunluq nəzərə alınaraq aparılmalıdır. Özbaşına istifadə təhlükəsiz seçim deyil.
Ətraflı oxuSidik yollarının sağlamlığı
Əlaqədən sonra sidiyə çıxmaq bəzi insanlarda sidik yolu infeksiyası riskini azaltmağa kömək edə bilər, lakin zəmanətli qorunma üsulu deyil.
Ətraflı oxuQəbul ünvanları
Dr. Orxan Abuşovun qəbul keçirdiyi klinikalar, qəbul günləri və əlaqə məlumatları.
Xırdalan
Bakı
Ağdaşda qəbul olan cümə axşamları burada qəbul keçirilmir.
Ağdaş
Qəbul tarixini WhatsApp vasitəsilə dəqiqləşdirin.
Tez-tez verilən suallar
Uroloji və androloji müayinə, qəbul prosesi və müraciətlə bağlı qısa cavablar.
Sidik ifrazında dəyişikliklər, böyrək və sidik yolları ilə bağlı ağrı və narahatlıq, prostat şikayətləri, ereksiya problemi, erkən boşalma, kişi sonsuzluğu və digər uroloji-androloji problemlər olduqda həkim konsultasiyasına müraciət etmək məqsədəuyğundur.
Bəli. Qadın pasiyentlər böyrək, sidik yolları, sidik kisəsi və digər uroloji problemlərlə bağlı müraciət edə bilərlər. Androloji xidmətlər isə kişi reproduktiv və cinsi sağlamlığı ilə bağlıdır.
Həkim şikayətləri və xəstəlik tarixçəsini dinləyir, mövcud analiz və müayinələri qiymətləndirir və ehtiyac olduqda əlavə müayinələr üçün fərdi plan müəyyən edir.
Xüsusi göstəriş olmadığı halda özbaşına çoxsaylı analizlər vermək məcburi deyil. Əgər əvvəlki analizləriniz, USM nəticələriniz və digər tibbi sənədləriniz varsa, onları qəbul zamanı özünüzlə gətirməyiniz faydalıdır.
Bəli. Həkim-pasiyent münasibətində şəxsi və tibbi məlumatların məxfiliyinə hörmət olunur. Bu tip şikayətləri utanmadan və mümkün qədər dəqiq şəkildə həkimlə bölüşmək düzgün qiymətləndirmə üçün vacibdir.
Müayinələr pasiyentin vəziyyətinə görə fərqlənir. Spermoqram və digər laborator və instrumental müayinələr ehtiyac olduqda həkim tərəfindən müəyyən edilə bilər.
Saytdakı ‘Qəbula yazıl’ düyməsi vasitəsilə WhatsApp-dan əlaqə saxlaya və ya göstərilən telefon nömrəsinə zəng edə bilərsiniz. Qəbul yeri, gün və saat administratorla dəqiqləşdirilir.
Saytın ‘Qəbul ünvanları’ bölməsindən hazırda aktiv olan qəbul məkanlarını, günləri və əlaqə məlumatlarını görə və sizə uyğun lokasiyanı seçə bilərsiniz.